Milli komanda

Millimiz Makedoniyanı məğlub etdi

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoxlama oyunu keçirib.

İdmanxeber.com-un məlumatına görə, rəqib ikinci dəfə Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası olub. Qarşılaşma millimizin minimal hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu Doğukan Öksüz vurub.

Qeyd edək ki, bu komandalar arasında ilk görüşdə Makedoniya millisi 1:0 hesabı ilə qələbə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43