Milli komanda

Millimiz məğlub oldu

19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunları keçirilir.  Azərbaycan yığması növbəti oyununu keçirib.

Futbolçularımız Avstriya ilə üz-üzə gəlib. Oyuna inamsız başlayan komandamız Hasler (31) və Bauerin (42) qolları ilə meydandan 2:0 hesabı ilə məğlub ayrılıb.

Qeyd edək ki, millimiz keçən oyun Xorvatiyaya 3:1 hesabı ilə məğlub olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43