Ölkə futbolu

Millimiz məğlubiyyətlə başladı

Bu gün "AÇ-2014"ün seçmə mərhələsinin oyunlarına start verilib.

3-cü qrupda yer alan Azərbaycanın 19 yaşadək futbolçularından ibarət milli komandası seçmə mərhələdə ilk matçına çıxıb.

Arif Əsədovun komandası səfərdə İrlandiyanın qonağı olub. Hər iki hissədə bir qol buraxan yığmamız görüşdən məğlub ayrılıb – 0:2.

Qeyd edək ki, millimiz növbəti matçını oktyabrın 12-də evdə Bosniya və Herseqovinaya qarşı keçirəcək.

10 oktyabr

"AÇ-2014"ün seçmə mərhələsinin oyunu

17:00. İrlandiya – Azərbaycan – 2:0

Qollar: O'Sullivan, 34 (1:0), O'Hanlon, 83 (2:0)

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43