Milli komanda

Millimiz Millətlər Liqası öncəsi son yoxlama oyununa çıxır

Bu gün Azərbaycan millisi Millətlər Liqası öncəsi son yoxlama matçını keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, Qurban Qurbanovun baş.çılıq etdiyi yığmamız Latviya ilə qarşılşacaq.

Riqada, “Dauqava” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, bu, yığmamızın Qurban Qurbanovun rəhbərliyi altında 6-cı oyunu olacaq. Bunadək Belarus və Qazaxıstana uduzan yığmamız Moldova və Makedoniya ilə heç-heçə edib, Qırğızıstana qalib gəlib.

9 iyun

Yoldaşlıq görüşü

19:00. Latviya – Azərbaycan

Hakimlər: Denis Şerbakov, Yuri Xomçanka, Andrey Xetsikov (hamısı Belarus)

Dördüncü hakim: Aleksandr Anufriyev (Latviya)

Riqa, “Dauqava” stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43