Milli komanda

Millimiz Moldova ilə heç-heçə etdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün yoxlama oyunu keçirib.

İdmanxeber.az-ın məlumatına görə,  Samir Əliyevin çalışdırdığı komanda Bakıda Moldova yığması ilə qaşılaşıb.

“Dalğa Arena”da oynanılan görüş qolsuz bərabərliklə başa çatıb.

Xatırladaq ki, U-21 əvvəlki yoxlama matçında “Şamaxı”ya 2:3 hesabı ilə uduzub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43