İdman

Millimiz Moldova ilə bərabərə qaldı – YENİLƏNİB

Bu gün milli komandamız 2018-ci ildə ilk oyununa çıxıb.

İdmanxeber.com-un məlumatına görə, Antalya toplanışı çərçivəsində keçiriləcək yoxlama oyununda rəqib Moldova yığması olub. Qarşıalşma qolsuz bərabərliklə başa çatıb.

Bu görüş Qurban Qurbanovun millimizin baş məşqçisi kimi ilk sınağı olub.

Qeyd edək ki, Azərbaycan və Moldova milliləri indiyəfək 9 dəfə üz-üzə gəlib. 2 qələbə qazanan və 3 dəfə uduzan millimiz 4 heç-heçə edib.


30 yanvar

Yoldaşlıq oyunu

20:00. Azərbaycan – Moldova – 0:0
“Mardan” stadionu 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43