25 Fevral 2021
Kateqoriyasız

Millimiz Moldovanın qarşısına bu heyətlə çıxacaq

Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Moldova yığmasına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Baş məşqçi Joze Alesio Da Silva siyahıya 18 oyunçu daxil edib.

Yığma fevralın 25-də Bakıda təlim-məşq toplanışına start verəcək. Ölkə xaricində çıxış edən futzalçılar isə toplanışa fevralın 28-dən qoşulacaqlar.

Komandaya çağırılanlardan 8-i “Araz-Naxçıvan”ın oyunçusudur. Onlar arasında Rövşən Hüseynli, Ramiz Çovdarov, İsa Atayev, Xətai Bağırov, Rizvan Fərzəliyev, Fineo De Araujo, Hadi Ahmadi, Amir Şocayi var. Emin Kürdov və Tofiq Mikayılov və Samir Həmzəyev “Ekol”u, Oktay Rüstəmli və Cavad Məmmədov isə “Neftçi”ni təmsil edir.

Daha 4 futzalçı – Tiaqo Teles Martins (“FC Salines Tuzla”, Bosniya və Herseqovina), Eduardo Borges (ACCS FUTSAL, Fransa), Everton Kardozo (“Levante U.D.”, İspaniya), Rafael Vilela (“Palma Futsal”, İspaniya) legioner, Oliveyra Da Nasimento isə klubsuzdur.

Qeyd edək ki, Azərbaycan millisi martın 4-də Bakı İdman Sarayında Moldavanı qəbul edəcək. Komanda 5 gün sonra Çoreskuda eyni rəqiblə üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Neftçi” – “Sumqayıt”: heyətlər açıqlandı

admin

Millimiz Türkiyə ilə qarşılaşa bilər

admin

“Qarabağ”a söz vermişdim” – Asmir Beqoviç

admin