27 Sentyabr 2022
Kateqoriyasız

Millimiz oynamadan qələbə qazandı – İslamiada

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında iştirak edən 23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin növbəti rəqibinə texniki məğlubiyyət verilib.

İdmanxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb yığmanın B qrupunda bu gün qarşılaşmalı olduğu İran seçməsinin oyuna gəlməməsidir. Görüş baş tutmayacaq və rəqibə texniki məğlubiyyət veriləcək.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk matçında Səudiyyə Ərəbistanına 0:1 hesabı ilə uduzub. Samir Əliyevin baş məşqçisi olduğu yığma avqustun 12-də Mərakeşlə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

TV AFİŞA: Günün oyunları bu kanallarda

admin

“Barselona”nı “İnter”ə dəyişir

admin

“Qarabağ”ın yeni transferi: “Çox xoşbəxtəm”

admin