Milli komanda

Millimiz Qətərlə yoldaşlıq oyunu keçirəcək

Azərbaycan millisi DÇ-2022-yə ev sahibliyi edəcək Qətər yığması ilə yoldaşlıq görüşləri keçirəcək.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, Canni de Byazinin komandası Asiya təmsilçisi ilə 2 dəfə üz-üzə gələcək.

UEFA son Asiya çempionunu dünya çempionatına hazırlıq məqsədilə dəvət edib. Qətər millisi DÇ-2022-nin seçmə mərhələsinin A qrupunda yer alan bütün komandalarla təqvimə uyğun olaraq ev-səfər prinsipi əsasında qarşılaşacaq. Rəqiblərin səfər məsafəsinin qısa olması üçün qətərlilər ev oyunları Avropada keçiriləcəklər.

Yığmamız gələn il martın 27-də Qətərin qonağı olacaq. Noyabrın 14-də isə bu komandanı qəbul edəcək.

Qətər millisinin keçirəcəyi ev oyunlarının məkanı və saatı hələlik məlum deyil.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

AFFA serblərlə danışıqlara başladı – RƏSMİ

admin

Millimiz Rusiya yığması ilə qarşılaşacaq

admin

“Bu qələbə Almaniya yığması ilə oyunda bizə üstünlük verəcək” – Rəşad Sadıqov

admin