Milli komanda

Millimiz Qazaxıstana qalib gəldi

“Dalğa Arena”da qadınlardan ibarət Azərbaycan və Qazaxıstan milli komandaları arasında yoxlama oyunu keçirilib.

İdmanxeber.com-un məlumatına görə, qarşılaşma 1:0 hesabı ilə millimizin xeyrinə başa çatıb. Qolu qarşılaşmanın 56-cı dəqiqəsində Merve Özdemir vurub.

İyulun 29-da “Dalğa Arena”da bu komandalar arasında daha bir oyun keçiriləcək. Qarşılaşma saat 19:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43