Bu gün milli komandamız növbəti oyununu keçirəcək.
İdmanxeber.com-un məlumatına görə, yığmamız yoxlama oyununda Qətərlə üz-üzə gələcək. Matç saat 20:00-da start götürəcək.
DÇ-2018-in seçmə mərhələsində Almaniyaya qarşı keçiriləcək görüşə hazırlıq xarakteri daşıyan bugünkü matçda yığmamızın formasını yalnız yerli çempionatda çıxış edənlər geyəcək.
9 mart
20:00. Qətər – Azərbaycan 1:2 (İkinci hissə)
Qol: Tərlan Quliyev, 52` (0:1); Rodriqo Tabata, 55` (1:1); Araz Abdullayev, 62 (1:2)
“Əl-Sadd” stadionu