Milli komanda

Millimiz qrupda sonuncu oldu

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Portuqaliyanın Portu şəhərində təşkil olunmuş beynəlxalq turnirdə son oyununu keçirib.

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmamız Portu region yığması ilə qarşılaşıb.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Yığmamıza 1 xal qazandıran qolu Fərid Nəbiyev vurub. İlk görüşdə Portuqaliyaya 0:5, daha sonra Rusiyaya 0:1 hesabı ilə uduzan millimiz qrupda sonuncu olub.

Qeyd edək ki, Rusiyanı 2:1 hesabı ilə məğlub edən Portuqaliya yığması turnirin qalibi adını qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43