Milli komanda

Millimiz Rusiya ilə qarşılaşacaq

Fevralın 12-dən 21-ə qədər Bakıda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı və hazırlıq dövründə Rusiyanın müvafiq yaş qrupuna aid komandası ilə iki yoldaşlıq oyunu təşkil olunacaq.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən verdiyi məlumata görə, ilk matç fevralın 18-də, saat 16:30-da, “Əlincə” stadionunda, ikinci qarşılaşma isə iki gün sonra – fevralın 20-də, saat 19:00-da, “Bakcel Arena”da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43