29 Sentyabr 2024
Kateqoriyasız

Millimiz Rusiya klubuna qalib gəldi

Rusiyanın Rostov şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə gğrə, Rostovu təmsil edən OİK-2 komandası ilə qarşılaşan yığmamız 3:1 hesablı qələbə qazanıb.

Futbolçularımızdan Xaqani Sadıxov dubl edib. Bir qolun müəllifi isə Samir Qurbanov olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43