Milli komanda

Millimiz Rusiyanı məğlub etdi

Qazaxıstanın paytaxtı Astana şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması  ikinci oyununu bu gün keçirib.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, millimiz “Astana Arena”da Rusiya-2 komandası ilə qarşılaşıb.

Qarşılaşma 1:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Qolu Doğukan Öksüz vurub.

Xatırladaq ki, millimiz turnirdə iyunun 22-də keçirdiyi ilk oyununda Belarus komandasına 3:1 hesabı ilə qalib gəlmişdi.

Qrup mərhələsinin son oyununda yığmamız Gürcüstan komandası ilə qarşılaşacaq. İyunun 25-də keçiriləcək matç Bakı vaxtı ilə saat 09:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43