Milli komanda

Millimiz Rusiyaya qarşı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsinə hazırlıq çərçivəsində bu gün növbəti yoxlama oyununu keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, millimiz təlim-məşq toplanışı üçün Bakıya gələn Rusiyanın U-17 yığması ilə qarşılaşacaq.

Bakı Olimpiya stadionunda keçiriləcək matç saat 16:00-da başlayacaq.

Qeyd edək ki, bu komandalar arasında keçirilən ilk görüşdə yığmamız rəqibinə 1:5 hesabı ilə uduzub.

25 fevral

Yoxlama oyunu

16:00. Azərbaycan (U-17) – Rusiya (U-17)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43