Milli komanda

Millimiz Sankt-Peterburqda 9-cu oldu

Sankt-Peterburqda Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 29-cu beynəlxalq turnirdə iştirak edən 19 yaşadək futbolçulardan ibarət milli komandamız turnirdə son görüşünə çıxıb.

İdmanxeber.com-un məlumatına görə, Təbriz Həsənovun komandası 9-cu yer uğrunda görüşdə Belarusla qarşılaşıb. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan millimiz 5:4 hesabı ilə qalib gəlib.

Valentin Qranatkinin xatirəsinə həsr olunan XXIX beynəlxalq turnir

9-cu yer uğrunda oyun

20 yanvar

20:00 Belarus U-19 – Azərbaycan U-19- 1:1 (penaltilər seriyası – 4:5)

Qollar: Nikita Bılinkin, 76 (1:0) Rafael Məhərrəmli, 90+3 (1:1)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43