İdman

Millimiz səfərdə Almaniyaya qol vurdu, biabırçılıq qaçınılmaz oldu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

İdmanxeber.com-un məlumatına görə, 5-ci qrupda çıxış edən yığmamız səfərdə Almaniya ilə qarşılaşıb. Yığmamızın baş məşqçisi postunda debüt edən Samir Ələkbərov ilk görüşdə 1:6 hesablı məğlubiyyətə üzülüb.

Qeyd edək ki, millimiz bundan əvvəl İsrail və İrlandiyaya 1:3 hesabı ilə məğlub olmuşdu.
 

6 oktyabr

Almaniya U-21 – Azərbaycan U-21 – 6:1
Qollar:
 Oşs, 8 (1:0), Dahud, 34 (2:0), Oşs, 37 (3:0) Krivotsyuk, 53-avtoqol (4:0), Hartel, 72 (5:0), Teuçert, 83 (6:0), İlyas Səfərzadə, 86 (6:1)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43