Kateqoriyasız

Yenə məğlubiyyət! – Yenilənib

Millimiz DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununa çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv səfərdə Serbiya yığmasıyla qarşılaşıb.

“Rayko Mitiç” stadionunda keçirilən matç serblərin qələbəsi ilə yekunlaşıb.

Azərbaycan yığması seçmə mərhələdə yer aldığı A qrupunda 1 xalla sonuncudur. Serbiya yığması isə 17 xalla liderdir.

DÇ-2022, seçmə mərhələ, 8-ci tur

12 oktyabr

A qrupu, 8-ci tur

22:45. Serbiya – Azərbaycan – 3:1 

Qollar: Vlahoviç, 31-pen. (1:0), Emin Mahmudov, 45+2 (1:1), Vlahoviç, 53 (2:1), Duşan Tadiç, 83-pen (3:1)
Baş hakim: Erik Lambrexts (Belçika)
Belqrad, “Rayko Mitiç” stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43