Milli komanda

Millimiz Slovakiyaya uduzdu

Azərbaycan U-21 millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

Milan Obradoviçin baş məşqçi olduğu komanda “Nitra” stadionununda Slovakiyanın qonağı olub. Bu rəqiblə Bakıdakı görüşdə 2:2 hesabı ilə qalib gələn milli səfərdə eyni hesabla məğlub olub.

Beləliklə, 8 oyundan sonra 6 xalı olan Azərbaycan millisi AVRO-2021-in final mərhələsinə yüksəlmək şansını itirib. Slovakiya isə 7 oyuna 9 xal toplaya bilib.

8 oktyabr

18:30. Slovakiya – Azərbaycan – 2:1
Qollar: 
Lubomir Tupta, 62, İvan Mesik, 90+4 – Mert Çelik

Baş hakim: Kristoffer Hagenes (Norveç)
Nitra. “Nitra” stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43