29 Sentyabr 2024
Kateqoriyasız

Millimiz Sloveniyaya uduzdu (YENİLƏNİB)

FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün qrupda son matçına çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, Təbriz Həsənovun başçılıq etdiyi yığmamız qrupun son matçında Sloveniya millisi ilə qarşılaşacaq.

Qeyd edək ki, turnirin ilk görüşündə Latviya ilə 1:1 bərabərə qalan Azərbaycan millisi daha sonra Bolqarıstana 2:0 hesabı ilə qalib gəlib.

8 yanvar

20:00. Azərbaycan (U-17) – Sloveniya (U-19) 0-4

Peterburqski İdman-Konsert Kompleksi.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43