İdman

Millimiz təlim-məşq toplanışı üçün Türkiyəyə yollandı

Paraatletika üzrə Azərbaycan millisi Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək.

İdmanxeber.az-ın məlumata görə, komanda bu məqsədlə qardaş ölkəyə yollanıb.

Yığma üzvləri martın 21-dək hazırlığını davam etdirəcəklər.

Bu toplanış martın 21-25-i aralığında İtaliyanın Cesolo şəhərində keçiriləcək “Jesolo 2024 World Para Athletics Grand Prix” yarışına hazırlıq xarakteri daşıyır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43