Milli komanda

Millimiz Türkiyə ilə qarşılaşacaq

19 yaşadək futzalçılarda ibarət Azərbaycan yığması fevralın 13-dən 21-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.

İdmanxeber.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, toplanış çərçivəsində yığmamız fevralın 19-da və 21-də Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunları keçirəcək. Bakı İdman Sarayında təşkil olunacaq hər iki oyun saat 18:00-da başlayacaq.

Hazırlıq prosesinə aşağıda adları qeyd olunan futbolçular çağırılıb:

Vladislav Reznov (“Araz”), Niyaz Əhmədov,İqbal Pənahov, Nurlan Mehdizadə,  Hüseyn Qarayev, Sabir Həsənov,  Rafael Mütəllimov, Fuad Məmmədzadə, Hüseyn Abutalıbov (hamısı U-19), Ceyhun Nuriyev, Kənan Əsədli, Nicat Quluzadə, Rauf Rüstəmov, Tofiq Hüseynov, Turan Əhmədov (hamısı “Keşlə”)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43