Ölkə futbolu

Millimiz Türkiyəyə məğlub oldu

İstanbul şəhərində təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası Türkiyə yığması ilə yoldaşlıq oyunu keçirib.

qarşılaşma 6:4 hesabı ilə türkiyəli futzalçıların xeyrinə başa çatıb. Azərbaycan millisinin heyətində Vieira da Silva Augusto Cezar het-trik edib, bir qolu isə Ribeyro dos Santos Felipe vurub.

Xatırladaq ki, bu komandalar arasında dekabrın 10-da keçirilmiş yoldaşlıq oyunu 4:1 hesabı ilə millimizin xeyrinə yekunlaşmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43