Milli komanda

Millimiz UEFA inkişaf turnirində çıxış edəcək

Futbol üzrə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması aprelin 25-dən 29-dək Monteneqronun Podqoritsa şəhərində təşkil olunan UEFA inkişaf turnirində çıxış edəcək.

İdmanxeber.com-un məlumatına görə, millimiz aprelin 25-də Bosniya və Herseqovina, 27-də Monteneqro, 29-da Qazaxıstan komandaları ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43