26 Fevral 2024
Milli komanda

Millimiz Ukraynaya məğlub oldu

Bu gün saat 20:00-da, “Dalğa Arena”da 21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Ukrayna yığma komandaları arasında yoldaşlıq oyunu keçirib.

İdmanxeber.az-ın məlumatına görə,  Rəşad Sadıqovun komandası Ukraynanın U-20 millisi ilə qarşılaşıb. Yığmamız 0:1 hesabı ilə uduzub.

Qeyd edək ki, millimiz növbəti yoxlama oyununu noyabrın 19-da səfərdə Bosniya və Herseqovinaya qarşı keçirəcək.
15 noyabr

Yoldaşlıq oyunu

20:00. Azərbaycan U-21 – Ukrayna U-20 – 0:1
Qol:
 Musolitin, 80
“Dalğa Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43