Milli komanda

Millimiz yenə gerilədi – FİFA reytinqində

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

İdmanxeber.az qurumun saytına istinadən xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan millisi üç pillə geriləyib. Komandamız 1177 xalla 114-cü pillədə qərarlaşıb.

Buna səbəb millimizin Avro-2020-nin son seçmə oyunlarında millinin Uelsə Bakıda, Slovakiyaya isə Trnavada 0:2 hesabı ilə uduzmasıdır.

Qeyd edək ki, siyahıya 1765 xala Belçika başçılıq edir. Fransa (1733) 2-ci, Braziliya  (1712) 3-cüdür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43