Kateqoriyasız

Millimiz yenə Macarıstana uduzdu

Bu gün 17 yaşadək qızlardan ibarət Azərbaycan və Macarıstan yığmaları arasında növbəti yoldaşlıq oyunu keçirilib.

İdmanxeber.com-un məlumatına görə, Bayıl stadionunda baş tutan görüşdə bir qol vurulub Yenə millimiz rəqibinə qalib gələ bilməyib – 0:1.

Xatırladaq ki, bu komandalar arasında fevralın 23-də keçirilmiş yoldaşlıq oyunu 3:0 hesabı ilə Macarıstan yığmasının xeyrinə başa çatıb. 

25 fevral 
Yoxlama oyunu 
11:00. Azərbaycan (U-17) – Macarıstan (U-17) – 0:1
Qol:
 Basaş, 67 (0:1) 



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43