Ölkə futbolu

Millimiz yenə qalib gələ bilmədi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanın Şımkent şəhərində təşkil olunmuş  “Prezident kuboku” turnirində ikinci oyununu keçirib.

İdmanxeber.com-un məlumatına görə, Tacikistanın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşan 


yığmamız heç-heçə edib – 2:2. Komandamızın qollarını Kamran Quliyev və Şakir Seyidov vurub.


Futbolçularımız turnirdə növbəti oyununa avqustun 11-də çıxacaq. Rusiya-2 yığmasına qarşı keçiriləcək oyun Bakı vaxtı ilə saat 08:00-da başlayacaq.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43