Milli komanda

Millimiz yenə uduzdu

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması bu gün növbəti oyununu keçirəcək.

İdmanxeber.com xəbər verir ki, rəqib Avstriya yığması olacaq.

Qarşılaşma yığmanın yer aldığı 6-cı qrupun oyunlarına ev sahibliyi edən Rumıniyanın Buftya şəhərindəki Rumıniya Futbol Federasiyasının (FRF) Futbol Mərkəzinin stadionunda keçiriləcək.

İlk görüşdə İngiltərəyə 0:2 hesabı ilə məğlub olan Vüqar Məmmədin rəhbərlik etdiyi komanda hazırda qrupun sonuncu pilləsində yer alıb.

Avropa çempionatı, seçmə mərhələ

VI qrup

27 oktyabr

Avstriya – Azərbaycan – 3:1
Qollar:
 Aqanoviç, 3 (1:0), Xəqani Sadıqov, 23 (1:1), Şmidt, 60 (2:1), Vunş, 74 (3:1)

Qeyd edək ki, Azərbaycan yığması qrupdakı son oyununu ev sahibi Rumıniyaya qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43