Ölkə futbolu

Millimiz yoxlama oyununda qalib gəldi

Bu gün Bakı Olimpiya Stadionunun ehtiyat meydanında Avropa çempionatının elit-raund mərhələsinə hazırlaşan 19 yaşadək və 2001-2002-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığma komandaları arasında yoxlama oyunu keçirilib.

U-19-un 3:1 hesabı ilə qalib gəldiyi oyunda bu komandanın qollarını Kamran Quliyev, Musa Qurbanlı və İsmayıl Zülfüqarlı vurub. Samir Əliyevin rəhbərlik etdiyi yığmanın heyətində isə Təbriz İsazadə fərqlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43