18 Oktyabr 2021
Milli komanda

Millimizdə ciddi itkilər: bu futbolçular Portuqaliya ilə oyunu buraxacaq

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliya millisi ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Qarabağ”ın futbolçusu Maksim Medvedev zədə, Polşanın “Visla” (Plotks) klubunun üzvü Anton Krivotsyuk isə sarı kart cəzalısı olduğu üçün millinin qarşıdakı oyununda iştirak etməyəcək.

Qeyd edək ki, Azərbaycan – Portuqaliya matçı sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Farer Adaları – Azərbaycan – start heyətlər

admin

Millimizə iki yeni futbolçu çağırıldı

admin

Millimiz Hollandiyaya qarşı

admin