Ölkə futbolu

Millimizdən göndərilən məşqçi “Qəbələ”də çalışacaq

“Qəbələ”nin məşqçilər korpusunda dəyişiklik baş verib.

İdmanxeber.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Zaur Həşimov “qırmızı-qaralar”ın məşqçisi təyin olunub. O, Sənan Qurbanovun rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb. 38 yaşlı məşqçi ilə ilyarımlıq müqavilə imzalanıb.

Həşimov futbolçu karyerası ərzində “Şəfa”, “İnter”, “MKT-Araz”, “Xəzər Lənkəran”, “Qarabağ”, “Sumqayıt”da, həmçinin Azərbaycanın əsas və aşağı yaş qruplarında çıxış edib. Komandanın yeni çalışdırıcısı bunadək “Qarabağ” və “Zirə”də məşqçi, Azərbaycanın U-18 yığmasında baş məşqçi kimi fəaliyyət göstərib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43