Kateqoriyasız

Millimizdən ikinci məğlubiyyət

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

İdmanxeber.az-ın məlumatına görə, yığmamız 2-ci turda Bosniya və Herseqovinanın Kakanj şəhərində təşkil olunan qrup mərhələ oyununda bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.

Azərbaycan millisi qrupdakı ilk matçında Ukraynaya 2:5 hesabıyla uduzub.

Avropa çempionatı
Seçmə mərhələ, II tur

27 oktyabr

Bosniya və Herseqovina – Azərbaycan – 1:0
Qol: E.Duqiç, 16
Qırmızı vərəqə: Hüseyn Hüseynov, 87 (Azərbaycan)
Hakimlər: Eldorjan Hamiti, Xhulio Mani (Albaniya), Miguel Nogueira, Hugo Manuel Freire Marques (Portuqaliya)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43