Milli komanda

Millimizdən 4 qollu qələbə

Rusiyanın Novorossiysk şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması “Çernomorets” klubu ilə yoldaşlıq oyunu keçirib. Qarşılaşma 4:2 hesabı ilə yığmamzın xeyrinə başa çatıb.

Rusiya təmsilçisinin qapısından topları Adil Nağıyev, Ruslan Nəsirli, Samir Məsimov və Namiq Ələskərov keçirib.

Qeyd ki, bu toplanış çərçivəsində keçirdiyi ilk yoldaşlıq oyununda yığmamız “Kuban” klubunun əvəzedici komandasına 5:2 hesabı ilə qalib gəlmişdi.

Mənbə: affa.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43