Milli komanda

Millimizdən darmadağın (YENİLƏNİB)

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi “Antalya Cup” turnirində bu gün üçüncü oyununu keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, komandamız Albaniyanın müvafiq yaş qrupuna aid yığması ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Qeyd edək ki, yığmamız ilk turda Ukraynanın U-21 komandasını 2:1, Səudiyyə Ərəbistanının U-20 yığmasını 3:0 hesabı ilə məğlub edib.

26 yanvar

“Antalya cup”, 3-cü tur

13:00. Azərbaycan U-21 – Albaniya U-21 – 4:0


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43