İdman

Millimizdən heç-heçə

Futzal üzrə milli komandamız İranın İsfahan şəhərində təşkil edilən “4 Top Nations” beynəlxalq turnirdə bu gün ilk oyununu keçirib.

İdmanxeber.com-un xəbərinə görə, yığmamız meydan sahibi İran millisi ilə qarşılaşıb.

Oyun 3:3 hesabı ilə başa çatıb. Komandamızın qollarını Qabriel Bastos, Karvalho dos Santos və Telez Thiaqo vurub.

Millimiz növbəti oyununu sabah Bakı vaxtı ilə saat 16:30-da Rusiya yığmasına qarşı keçirəcək.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43