Dünya futbolu

Millimizi çalışdıracağı iddia olunan baş məşqçi: “Yuxumda “Real”ı çalışdırırdım”

Bir müddət əvvəl millimizin baş məşqçi postuna namizəd göstərilən Yılmaz Vural maraqlı açıqlamaları ilə gündəmə gəlib.

Təcrübəli mütəxəssis heç vaxt mövsümün əvvəlində klub çalışdırmadığını bildirib: “Yuxumda “Real”ı çalışdırırdım. Klublar mənə mövsümün əvvəlində təklif göndərmir. Hər şeyi itirəndən sonra, “dənizə düşən ilana sarılar” misalı məni çağırırlar. Həmişə belə iş tapıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43