20 Sentyabr 2024
İdman

Millimizin ənənəvi turnir üçün heyəti müəyyənləşdi

Atıcılıq üzrə Azərbaycan millisinin Almaniyanın Münhen şəhərində keçiriləcək ənənəvi 2024 H&N Kuboku üçün heyəti müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, yığma səfərə 10 idmançı ilə yollanacaq.

Onlardan 6-sı kişi, 4-ü isə qadın atıcıdır. İradə Aşumova və Xanım Astanovanın rəhbərliyi altında Elvin Astanov, Üzeyir Tapdıqlı, Rəsul Məmmədov, Ramiz Xəlilov, İmran Qarayev, Vladislav Kalmıkov, Xanna Əliyeva, Nəzrin Abbaslı, Leyli Əliyeva və Zeynəb Sultanova pnevmatik tapançadan 10 m məsafəyə atəşaçma yarışlarında qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, 2024 H&N Kuboku 23-28 yanvar aralığında baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43