İdman

Millimizin AÇ-dakı oyunlarının başlama saatları bəlli oldu

19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunda Azərbaycan yığmasının keçirəcəyi oyunların vaxtı və stadionları müəyyənləşib.

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, millimiz turnirdə ilk matçını aprelin 4-də Fransa seçməsinə qarşı keçirəcək.

4 aprel
13:30. Fransa – Azərbaycan
Lahti. (Finlandiya) “Kisapuisto” stadionu
 
7 aprel
13:30. Belçika – Azərbaycan  
Lahti. (Finlandiya) “Kisapuisto” stadionu
 
10 aprel
19:30. Azərbaycan – Finlandiya
Vantaa. (Finlandiya) İSS stadionu
Qeyd edək ki, oyunların saatı Bakı vaxtı ilə göstərilib


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43