İdman

Millimizin açıq məşqinin vaxtı bilindi

Bakıda təlim-məşq toplanışında olan Azərbaycan millisi hazırlığını davam etdirir. 

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, yığmamızın açıq məşqinin vaxtı da müəyyənləşib.

 

Belə ki, sabah saat 19:45-də, “Dalğa Arena”da komandanın ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi keçiriləcək. Həmçinin baş məşqçi Robert Prosineçki və bir neçə futbolçunun iştirakı ilə brifinq də təşkil olunacaq.

 

Qeyd edək ki, millimiz sentyabrın 2-də San-Marinoya yollanacaq və ayın 4-də yerli komanda ilə DÇ-2018-in seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43