Milli komanda

Millimizin “Avro-2017” oyunlarının təqvimi müəyyənləşdi

21 yaşadək futbolçulardan ibarət komandalar arasında 2017-ci ildə təşkil olunacaq Avropa çempionatının  7-ci qrupda mübarizə aparacaq Azərbaycan yığmasının oyunlarının təqvimi müəyyənləşib.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, millimiz “Avro-2017″nin ilk matçında Ferar Adaları ilə qarşılaşacaq.  Bu oyun 2015-ci il, iyunun 15-də keçiriləcək.

Millimizin oyunlarının təqvimi aşağıda qeyd olunan kimidir:

15 iyun 2015

Farer adaları – Azərbaycan

4 sentyabr 2015

Azərbaycan – Avstriya

8 sentyabr 2015

Azərbaycan – Almaniya

9 oktyabr 2015

Avstriya – Azərbaycan

13 oktyabr 2015

Azərbaycan – Finlandiya

13 noyabr 2015

Almaniya – Azərbaycan

17 noyabr 2015

Azərbaycan – Rusiya

24 mart 2016

Rusiya – Azərbaycan

6 sentyabr 2016

Azərbaycan – Farer adaları

7 oktyabr 2016

Finlandiya – Azərbaycan


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43