İdman

Millimizin Avropa çempionatı üçün heyəti açıqlandı

Qılıncoynatma üzrə Azərbaycan milli komandasının Bolqarıstanın Plovdiv şəhərində keçiriləcək Avropa çempionatı üçün heyəti açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, qitə çempionatında ölkəmizi yeddi idmançı təmsil edəcək.

Qadın sablyaçıların şəxsi yarışında Anna Başta, Valeriya Bolşakova, Səbinə Kərimova və Palina Kaspiaroviç mübarizə aparacaqlar. Kişi şpaqaçıların şəxsi mübarizəsində isə Kənan Əliyev, Barat Quliyev və Ruslan Həsənov gücünü sınayacaq.

Qeyd edək ki, Avropa çempionatı iyunun 16-dan 19-dək keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43