Milli komanda

Millimizin baş məşqçisi: “Püşkün nəticəsindən razıyam”

Bu gün milli komandamızın elit-raunddakı rəqibləri bəlli olub

İdmanxeber.az-ın məlumatına görə, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Vüqar Məmməd Avropa çempionatının elit-raund mərhələsinin püşkünün nəticələri ilə bağlı affa.az-a fikirlərini bildirib:

“Püşkatmanın nəticələrindən razıyam. İrlandiya, Rusiya və Rumıniya kimi komandalara qarşı oynayacağıq. Bu mərhələyə daha ciddi hazırlaşmalıyıq. Elit-raundda Avropanın ən yaxşı komandaları mübarizə aparır. Burada zəif komanda yoxdur. Demək olar, komandaların hər biri səviyyə baxımından bir-birinə yaxındır. Artıq püşkatmaya qədər potensial rəqiblərimizin hamısının son rəsmi oyunlarını izləmişdik. Ona görə də rəqibləri tanıyırıq və nəyə qadir olduqlarını bilirik”.

Oxşar xəbərlər

Millimizin üzvü sıradan çıxdı

admin

Milli hazırlıqlarını davam etdirir – FOTOLAR

admin

Millimizin kapitanı: “Hətta ikinci topu da vursaydıq, elit-mərhələyə Türkiyə yığması yüksələcəkdi”

admin