30 Sentyabr 2020
Kateqoriyasız

Millimizin baş məşqçisi rüsvayçılığı şərh etdi

“İlk 30-35 dəqiqə rəqibdən aşkar üstün futbol oynadıq. Təəssüf ki, yaratdığımız 3 qol epizodundan istifadə edə bilmədik. Futbol elə oyundur ki, yaratdığın qol imkanlarından istifadə edə bilməsən, bunun acısını çəkəcəksən. Nəticədə belə də oldu”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri 17 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Vüqar Məmməd Avropa çempionatının ilkin seçmə mərhələsində Yunanıstana 1:6 hesabı ilə uduzduqları oyundan sonra AFFA-nın saytına deyib.

O bildirib ki, yığmamızın qapısına təyin olunan penaltidən sonra oyunun gedişi rəqibin lehinə dəyişib: “9 dəqiqə ərzində qapımızdan 3 top buraxdıq. Fasilədən sonra qollardan birinin əvəzini çıxsaq da, rəqib əks-hücumlarda hesab arasındakı fərqi artırdı. Bu qarşılaşmanı unudub növbəti oyunu düşünməliyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qəbələ” APOEL-ə qarşı – Yenilənir

admin

“Tottenhem”in baş məşqçisindən etiraf: “Səhv etmişəm”

admin

AFFA ölən futbolçu ilə bağlı FİFA və UEFA-ya müraciət etdi

admin