Milli komanda

Millimizin baş məşçisi bəyəndiyi futbolçuların adını açıqladı

Topaz Premyer Liqası klublarının və aşağıyaşlı yığma komandaların təlim-məşq toplanışlarını izləmək məqsədilə Turkiyənin Antalya şəhərində səfərdə olan Azərbaycan U-21 yığmasının baş məşqçisi Yaşar Vahabzadə AFFA-nın rəsmi saytına açıqlama verib:

“Klubların əsas və əvəzedici komandaları ilə yanaşı, burada təlim-məşq toplanışında olan yığmalarımızın oyunlarını izləyirik. Bir neçə futbolçu müsbət mənada diqqətimizi çəkib və yığmada yeni adların olacağı istisna deyil. “Qəbələ”nin yarımmüdafəçisi Tellur Mütəllibovu və “Neftçi”nin müdafiəçisi Rail Məmmədovu növbəti toplanışlarda U-21-in heyətinə cəlb etmək fikrindəyik. Maraq dairəmizdə olan və adını çəkmək istəmədyim digər futbolçular isə hələ ki öz üzərlərində bir qədər də çalışmalıdırlar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43