Milli komanda

Millimizin baş məşqçisi: “Dirəklər rəqibi xilas etdi”

Futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Tino Peres AÇ-nın əsas seçmə mərhələsi çərçivəsində Ukraynaya məğlubiyyəti şərh edib.

İdmanxeber.com-un məlumatına görə, o, yenilgini belə izah edib:

“Çətin oyun oldu, birinci hissə istəkli idik. Rəqibin qapıçısı gözəl oyun nümayiş etdirdi. İlk hissə disiplinsiz oyun alındı, qayda pozuntuları çox oldu. Dirəklər də rəqibi xilas etdi. İlk qolu vurduqdan sonra topa nəzarət etməyə məcbur idik, ona görə 5 nəfərlə oynadıq. 4 nəfərlə oynayanda onlar bizdən güclü idi. Təəssüf ki, top dirəyə dəydikdən sonra  qapıya yox, çölə çıxdı. İki qol vurmaq üçün bu dəyişikliyə əl atmalıydım. Geridə qalan 3 oyunda təhlil aparsaq, görərik ki,  biz bir təcrübəsiz idik. Bir az vaxt lazımdı. Milli komandanın bünövrəsi indi qurulur,ona görə, hələlik bir az çətinliyimiz olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43