Milli komanda

Millimizin baş məşqçisi: “Futbolçularımı heç tanıya bilmədim”

“Biz rəqibin oyunlarının videoyazılarını izləmişdik. Bilirdik rəqib çox güclü komandadır. Çox sürətli oyunda üstünlük verirlər. Futbolçulara müəyyən tapşırıqları yerinə yetirmək tapşırıqı vermişdik. İllk dəqiqələrdə futbolçular bunu etməyə çalışdılar.”
Bu sözləri İdmanxeber.com-a açıqlamasında 21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Yaşar Vahabzadəyə deyib. Avro 2017-nin seçməmərhələsi çərçivəsində “Dalğa Arena”da Avstriya millisinə 2-0 hesabı ilə məğlub olan komandamızın baş məşqçisi daha sonra bunları deyib: “Rəqib bizə nə qədər imkan verdisə oynadıq. Yenə deyirəm uşaqlarda özlərinə inam olmalıdı.Əgər bu inam yoxdusa, deməli meydana çıxmaq mənasızdı. Bu gün bir çox oyunçularımız zəif oynadı. Onların heç vaxt belə zəif oynamalarını görməmişdim. Futbolçularımı tanıya bilmirdim. İstər legioner həyatı yaşayan istərsə də yerli futbolçularımızı.” Məğlubiyyətzamanı etdiyi dəyişikliklərlə bağlı şərh verən Vahabzadə qərarlarına belə şərh edib: “Hesabda geri olduğumuz vaxtda dəyişikliklər etdim. Əlimdə olan hücumameyilli futbolçuları meydana buraxdım. Lakin sonuncu dəyişkliyimdə biraz problem oldu. Fəhmin Muradbəylini meydana buraxmaq istədiyim anda, müdafiəçimiz zədələndi. Ona görə də, müdafiəçi dəyişikliyindən isatifadə etdim. Bu isə bizim planlarımıza təsir etdi.” Vahabzadə həmçinin komandaya cəlb olunan legioner həyatı yaşayan futbolçularla bağlı da danışıb: “Biz xaricdə oynayan futbolçuları dəvət etmişiksə, onları oynatmalıyıq. Taşkın bildiyiniz kimi, bizim bütün oyunlarımızda iştirak edib. Düzdü onları əvəzləyəcək futbolçularımız da var. Amma indiki vəziyyətdə, həmin futbolçular oynayacaq gücdə deyillər. Yəni o qədər də təcrübəli deyillər. ”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43