Milli komanda

Millimizin baş məşqçisi istefa verdi

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Ziller Junior Milton Luiz vəzifəsindən ayrılıb.

İdmanxeber.com-un məlumatına görə, o, ailə vəziyyəti ilə əlaqədar AFFA rəhbərliyindən müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilməsini xahiş edib.  

AFFA rəhbərliyi baş məşqçinin xahişini nəzərə alaraq, ona gördüyü işlərə və yığma komandaya qazandırdığı uğurlara görə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43