01 Oktyabr 2020
Milli komanda

Millimizin baş məşqçisi: “Şübhəli qərarlar ancaq bizim əleyhimizə olurdu”

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçirilmiş Portuqaliya – Azərbaycan oyunundan sonra yığmamızın baş məşqçisi Bernhard Lippertin mətbuata açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, Lippert bu fikirləri səsləndirib:

“Xüsusilə, ikinci hissədə nümayiş etdirdiyi futbola görə komandaya təşəkkür düşür. Çox güclü rəqibə qarşı 82-ci dəqiqəyə qədər bərabər səviyyədə oynaya bildik. Uşaqlar əllərindən gələni etdilər. Əlbəttə, əsas milliyə gedən beş futbolçunun olmaması özünü göstərdi. Son iki matçda futbolçuların oyunu, mübarizə əzmi, əzmkarlığı qarşısında deməyə söz tapmıram. Portuqaliyalı həmkarım da oyundan sonra mənə yaxınlaşıb burada ən güclü müqavimət göstərən komandanın Azərbaycan yığması olduğunu bildirdi. Hakimlik barədə danışmağı xoşlamıram, lakin referi bizim buradan xalla qayıtmamağımız üçün əlindən gələni elədi. Çoxlu şübhəli qərarlar verdi. Nədənsə, şübhəli qərarlar ancaq bizim əleyhimizə olurdu. Onu da deyim ki, U-21-də əsas komandaya layiq futbolçular yenə var”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Millətlər Liqası: Millimizin oyunlarının təqvimi açıqlandı

admin

Bolqarıstan millisinin kapitanı: “Bakıya istirahət üçün getməyəcəyik”

admin

Millimizdən böyük irəliləyiş

admin